BANK

31 Yanvar

Azərbaycanda bank sektorunda işçi sayı 7.6% artıb

31 dekabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 485, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,230 olub.

Finss.az bu barədə Mərkəzi Bankın aylıq hesabtına istinadən xəbər verir.

Hesabat ayında bank sektorunda çalışanların sayı 0.6% və ya 144 nəfər artaraq 25,363 (ilin əvvəlindən 7.6% və ya 1,794 əməkdaş) nəfər təşkil edib.

Fuad Mədətov
Finss.az