Expressbank ASC 2024-cü ilin 4-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
Finss.az xəbər verir ki, bankın cəmi aktivləri hesabat dövrünün sonuna 620,161 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonuna nisbətən 59,933 min manat və ya 10,7% artım deməkdir.
Bankın ümumi kredit portfeli 501,960 min manat olub və 92,707 min manat və ya 22,7% artıb. Kredit istiqamətləri üzrə göstəricilər belə olub:
- Biznes kredit portfeli 165,362 min manat təşkil edib və 51,969 min manat və ya 45,8% artım qeydə alınıb.
- İpoteka kredit portfeli 113,612 min manat olub ki, bu da 7,114 min manat və ya 6,7% artım deməkdir.
- İstehlak kredit portfeli 222,986 min manat təşkil edib və 33,624 min manat və ya 17,8% artıb.
Bankın depozit kredit portfeli 262,091 min manat olub ki, bu da 31,650 min manat və ya 13,7% artım deməkdir. Öhdəliklər isə 481,453 min manat təşkil edib və 51,133 min manat və ya 11,9% artıb.
Expressbank-ın qeyri-faiz gəlirləri 20,629 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,669 min manat və ya 9% artım deməkdir.
Fuad Mədətov
Finss.az