BANK

30 Yanvar

Azər Türk Bank-ın maliyyə nəticələri - IV RÜB/2024

Azər Türk Bank ASC 2024-cü ilin 4-cü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

Finss.az xəbər verir ki, bankın cəmi aktivləri hesabat dövrünün sonuna 2,084,327 min manat təşkil edib. Bu, 2023-cü ilin sonuna nisbətən 1,088,791 min manat və ya 2,1% artım deməkdir.

Azər Türk Bank-ın ümumi kredit portfeli 799,893 min manat olub ki, bu da 352,494 min manat və ya 78,8% artım deməkdir. Kredit istiqamətləri üzrə dinamika belə olub:

  • Biznes kredit portfeli 311,817 min manat təşkil edib. Bu göstərici 264,512 min manat və ya 6,5% artıb.
  • İpoteka kredit portfeli 192,642 min manat olub və 21,852 min manat və ya 12,8% artıb.
  • İstehlak kredit portfeli isə 295,434 min manat təşkil edib və 66,130 min manat və ya 28,8% artıb.

Bankın depozit portfeli 1,459,966 min manat olub ki, bu da 975,380 min manat və ya 3,1% artım deməkdir. Öhdəliklər isə hesabat dövrünün sonuna 1,967,567 min manat təşkil edib və 1,056,535 min manat və ya 2,2% artıb.

Bankın qeyri-faiz gəlirləri 39,244 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,198 min manat və ya 31% artım deməkdir.

Fuad Mədətov
Finss.az