BANK

30 Yanvar

TuranBank-ın maliyyə nəticələri - IV RÜB/2024

TuranBank ASC 2024-cü ilin 4-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Finss.az xəbər verir ki, bankın cəmi aktivləri hesabat dövrünün sonuna 849,827 min manat təşkil edib. Bu, 2023-cü ilin sonuna nisbətən 27,054 min manat və ya 3,3% artım deməkdir.

TuranBank-ın ümumi kredit portfeli 651,831 min manat olub ki, bu da 22,475 min manat və ya 3,6% artım deməkdir. Kreditlərin strukturunda fərqli istiqamətlər üzrə dəyişikliklər qeydə alınıb:

  • Biznes kredit portfeli 366,064 min manat təşkil edib. Lakin bu göstərici 1,567 min manat və ya 0,4% azalıb.
  • İpoteka kredit portfeli 129,462 min manat olub. Bu göstərici 10,319 min manat və ya 8,7% artıb.
  • İstehlak kredit portfeli isə 156,305 min manat təşkil edib və 13,723 min manat və ya 9,6% artım qeydə alınıb.

Bankın depozit portfeli 461,476 min manat olub ki, bu da 2,596 min manat və ya 0,6% artım deməkdir. Öhdəliklər isə hesabat dövrünün sonuna 747,865 min manat təşkil edib və 5,737 min manat və ya 0,8% artıb.

Bankın qeyri-faiz gəlirləri 21,293 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,735 min manat və ya 84% artım deməkdir.

Fuad Mədətov
Finss.az