Unibank KB ASC 2024-cü ilin 4-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Finss.az xəbər verir ki, bankın aktivləri 1,759,725 min manat təşkil edib və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 169,066 min manat və ya 10,6% artım deməkdir.
Unibank-ın biznes kredit portfeli 436,904 min manata çatıb və illik müqayisədə 107,507 min manat və ya 32,6% artım qeydə alınıb. Bu, bankın biznes sektoruna daha çox dəstək verməyə davam etdiyini göstərir.
Bankın depozit portfeli 1,204,660 min manat olub və ötən ilin sonu ilə müqayisədə 11,232 min manat və ya 0,9% azalıb.
Ümumi kredit portfeli isə 1,154,523 min manat təşkil edib ki, bu da 106,782 min manat və ya 10,2% artım deməkdir.
Unibank-ın ipoteka kredit portfeli 99,092 min manat olub və 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8,354 min manat və ya 9,2% artıb.
İstehlak kredit portfeli isə 618,527 min manat təşkil edib. Müqayisədə bu göstərici 9,079 min manat və ya 1,4% azalıb.
Bankın ümumi öhdəlikləri 1,592,697 min manat olub və illik müqayisədə 150,867 min manat və ya 10,5% artım müşahidə edilib.
Qeyri-faiz gəlirləri isə 122,452 min manat olub ki, bu da 15,257 min manat və ya 14% artım deməkdir.
Fuad Mədətov
Finss.az