Ziraat Bank Azərbaycan ASC 2024-cü ilin 4-cü rübü üzrə maliyyə hesabatını açıqlaqyıb.
Finss.az xəbər verir ki, bankın aktivləri 921,126 min manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 284,441 min manat və ya 44,7% artım deməkdir.
Bankın biznes kredit portfeli 498,058 min manat olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 122,580 min manat və ya 32,6% artıb. Bu, bankın biznes sektoruna dəstəyinin gücləndiyini göstərir.
Depozit portfeli də nəzərəçarpacaq dərəcədə artaraq 565,654 min manat təşkil edib. Müqayisədə bu göstərici 154,232 min manat və ya 37,5% artıb ki, bu da müştərilərin banka olan etimadının yüksəldiyini nümayiş etdirir.
İpoteka kredit portfeli 26,266 min manat olub və illik müqayisədə 13,561 min manat və ya 2,1 dəfə artıb. Bu artım bankın ipoteka bazarında daha aktiv iştirak etdiyini göstərir.
İstehlak kreditlərində də ciddi artım qeydə alınıb. Portfelin həcmi 5,388 min manat olub ki, bu da 2,631 min manat və ya 95,4% artım deməkdir.
Bankın ümumi kredit portfeli 529,714 min manata çatıb və illik müqayisədə 138,772 min manat və ya 35,5% artıb.
Qeyri-faiz gəlirləri isə 19,934 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,790 min manat və ya 32% artım deməkdir.
Ziraat Bank Azərbaycan-ın ümumi öhdəlikləri 787,590 min manat olub və bu göstərici ötən illə müqayisədə 267,881 min manat və ya 51,5% artıb.
Fuad Mədətov
Finss.az