Bank Respublika ASC 2024-cü ilin 4-cü rübü üzrə maliyyə hesabatını açıqlayıb.
Finss.az xəbər verir ki, bankın cəmi aktivləri 2,176,633 min manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müaqisədə 45,657 min manat və ya 2,1% artım deməkdir.
Bank Respublika-nın biznes kredit portfeli 1,013,361 min manat olub ki, bu da 211,981 min manat və ya 26,5% artım deməkdir. Bu, bankın biznes sektoruna verdiyi kredit dəstəyinin artdığını göstərir. Bununla yanaşı, depozit portfeli 1,348,088 min manat olub və 95,704 min manat və ya 6,6% azalma qeydə alınıb.
Bankın ipoteka kredit portfeli 146,259 min manat təşkil edib və 24,394 min manat və ya 20% artıb. Bu artım, bankın ipoteka kreditlərinə marağının artdığını və bu sahədə daha çox müli kredit imkanları yaratdığını göstərir.
Bank Respublika istehlak kredit portfelini 312,567 min manata çatdıraraq 61,823 min manat və ya 24,7% artım qeydə alıb. Bankın ümumi kredit portfeli 1,471,887 min manat olub və ötən ilin sonu ilə müaqisədə 297,658 min manat və ya 25,3% artıb. Bu, bankın kreditləşdirmə siyasətinin aktiv davam etdiyini göstərir.
Bankın öhdəlikləri 1,977,993 min manat olub və ötən ilin eyni dövrü ilə müaqisədə 2,776 min manat və ya 0,1% artıb. Qeyri-faiz gəlirləri 39,798 min manat təşkil edib və 1,058 min manat və ya 3% azalma baş verib.
Fuad Mədətov
Finss.az