PAŞA Bank ASC 2024-cü ilin 4-cü rübü üzrə maliyyə hesabatını təqdim edib.
Finss.az xəbər verir ki, bankın cəmi aktivləri 8,220,178 min manat təşkil edib. Bu göstərici 2023-cü ilin sonuna nisbətən 431,193 min manat və ya 5% azalıb.
Bankın biznes kredit portfeli isə əhəmiyyətli artım göstərib və 3,002,987 min manat təşkil edib. Bu, əvvəlki dövr ilə müqayisədə 408,663 min manat və ya 15,8% artım deməkdir. Lakin, depozit portfeli azalma nümayiş etdirib və 6,410,056 min manat olub. Bu sahədə azalma 525,119 min manat və ya 7,6% olaraq qeydə alınıb.
İpoteka kredit portfeli 209,846 min manat təşkil edib ki, bu da əvvəlki dövr ilə müqayisədə 54,401 min manat və ya 35% artıb. İstehlak kredit portfeli isə 90,444 min manat olub ki, bu da 4,769 min manat və ya 5,6% artım göstərir. Ümumilikdə, bankın kredit portfeli 3,303,277 min manat olub və 467,834 min manat (16,5%) artıb.
Öhdəliklər 7,313,303 min manat təşkil edib və 500,875 min manat (6,4%) azalıb. Bankın qeyri-faiz gəlirləri isə 251,215 min manat olub, 29,930 min manat (14%) artım göstərib.
Fuad Mədətov
Finss.az