Azərbaycan Beynəlxalq Bankı (ABB) 2024-cü ilin 4-cü rübü üzrə maliyyə hesabatını təqdim edib.
Finss.az xəbər verir ki, bankın aktivləri 13,628,949 min manat təşkil edərək, 2023-cü ilin sonuna olan vəziyyətlə müqayisədə 39,293 min manat və ya 0,3% azalıb.
ABB-nin biznes kredit portfeli isə əhəmiyyətli dərəcədə artıb və 3,109,246 min manat olub. Bu, əvvəlki dövr ilə müqayisədə 604,631 min manat və ya 24,1% artım nümayiş etdirir. Bankın depozit portfeli də artım göstəriciləri ilə diqqət çəkib. Depozit portfeli 610,357 min manat olub ki, bu da 6,5% artımı əks etdirir.
İpoteka kredit portfeli 1,442,847 min manat təşkil edib və bu sahədə artım 268,810 min manat və ya 22,9% olub. Eyni zamanda, istehlak kredit portfeli 1,798,708 min manat olub ki, bu da əvvəlki dövr ilə müqayisədə 428,588 min manat və ya 31,3% artım göstərir. Ümumilikdə bankın kredit portfeli 6,350,801 min manat olub və 1,302,029 min manat (25,8%) artıb.
Öhdəliklər isə 11,578,753 min manat təşkil edib və 279,271 min manat (2,4%) azalıb.
ABB-nin qeyri-faiz gəlirləri də müsbət dinamikaya malikdir. 2024-cü ilin 4-cü rübü üçün qeyri-faiz gəlirləri 340,181 min manat olub və 98,313 min manat (41%) artım göstərib.
Fuad Mədətov
Finss.az