BANK

28 Yanvar

“Yapı Kredi Bank Azərbaycan”ın biznes kredit protfeli azalıb

“Yapı Kredi Bank Azərbaycan”ın QSC 2024-cü ilin 4-cü rübü üzrə biznes kredit protfeli 187 760 min manat təşkil edib.

Finss.az “Yapı Kredi Bank Azərbaycan”ın maliyyə hesabatına əsasən xəbər verir.

Məlumata görə, bankın biznes kredit protfeli 2024-cü ilin 4-cü rübünün sonuna olan vəziyyətin 2023-cü ilin sonuna olan vəziyyətlə müqayisədə 1 122 min manat və ya 0,6% azalıb.

Fuad Mədətov
Finss.az