BANK

28 Yanvar

"Bank BTB"nin aktivləri azalıb

 

"Bank BTB" ASC 2024-cü ilin 4-cü rübü üzrə cəmi aktivləri 362 817 min manat təşkil edib.

Finss.az "Bank BTB"nin maliyyə hesabatına əsasən xəbər verir.

Məlumata görə, bankın cəmi aktivləri 2024-cü ilin 4-cü rübünün sonuna olan vəziyyətin 2023-cü ilin sonuna olan vəziyyətlə müqayisədə 6 338 min manat və ya 1,7 % azalıb.

Fuad Mədətov
Finss.az