2024-cü ilin yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 53 milyard manat təşkil edib.
Finss.az xəbər verir ki, bu göstərici 2023-cü ilin yanvarın 1-i ilə müqayisədə 7,8% və ya 3,8 milyard manat artıb.
2023-cü ildə bank sektorunun ümumi aktivləri 49 milyard 178,2 milyon manat olub.
Hesabata əsasən, ötən il bank aktivlərinin 27 milyard 477,9 milyon manatı müştərilərə verilmiş kreditlərdən ibarət olub. Son bir ildə bank sektorunun kredit portfeli 18,5% böyüyərək kreditlərin aktivlərdəki payını 47,1%-dən 51,8%-ə yüksəldib.
Bank sektorunun öhdəlikləri isə hesabat dövründə 8,7% artaraq 46 milyard 383 milyon manata çatıb. Depozit portfeli də 5,9% artış göstərərək 37 milyard 696,5 milyon manat olub.
Sektorun balans kapitalı 9,2% artaraq 6 milyard 618,4 milyon manat təşkil edib.
Fuad Mədətov
Finss.az