2024-cü ilin dekabrın 1-nə Azərbaycan banklarının depozitlər üzrə faiz xərcləri 813,4 milyon manat olub.
Finss.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
İllik müqayisə ilə faiz xərcləri 276,9 milyon manat (51,6%), aylıq müqayisə ilə isə 87,6 milyon manat (12,1%) artıb.
2024-cü ilin oktyabr ayının 1-nə bankların depozitlər üzrə faiz xərcləri 725,8 milyon manat, 2023-cü ilin dekabrın 1-nə isə 536,5 milyon manat olub.
Hesabat dövrü ərzində bankların müddətli depozitlər üçün ödədiyi faizlər də artıb:
- Aylıq artım 80,5 milyon manat (12,9%),
- İllik artım isə 253 milyon manat (56,2%) olub və ümumilikdə bu məbləğ 703,4 milyon manata çatıb.
Fuad Mədətov
Finss.az