BANK

28 Yanvar

Azərbaycanda debet kartları ilə əməliyyatlar artıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda debet kartları ilə aparılan əməliyyatların həcmi 105 milyard 145 milyon manat təşkil edib.

Finss.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 39% artıb və artım məbləği 29 milyard 533 milyon manat olub.

Hesabat dövründə debet kartları ilə aparılan əməliyyatların bölgüsü isə belə olub:

  • 54 milyard 838 milyon manat - elektron ticarət vasitəsi ilə,
  • 36 milyard 360 milyon manat - bankomatlar vasitəsi ilə,
  • 11 milyard 167 milyon manat - POS-terminallar vasitəsi ilə,
  • 70 milyon manat - özünə xidmət terminalları vasitəsi ilə,
  • 2 milyard 710 milyon manat - ölkə xarici əməliyyatlar vasitəsi ilə həyata keçirilib.

Ötən ilin dekabrın 1-nə Azərbaycanda 17 milyon 215 min ədəd debet kartı olub.

Fuad Mədətov
Finss.az