BANK

28 Yanvar

Azərbaycan banklarının faiz xərcləri artıb

2024-cü ilin 1 dekabr tarixinə Azərbaycan banklarının faiz xərcləri 1 milyard 91,2 milyon manat təşkil edib.

Finss.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu göstərici illik müqayisədə 335,7 milyon manat və ya 44,4% artıb. Aylıq müqayisədə isə faiz xərclərində 121,8 milyon manat və ya 12,6% artım qeydə alınıb.

2024-cü ilin 1 noyabr tarixinə bankların faiz xərcləri 969,4 milyon manat olub. 2023-cü ilin 1 dekabr tarixinə isə bu göstərici 755,7 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az