BANK

23 Yanvar

Azərbaycanın 2024-cü ildə ərzaq inflyasiyası 5,5%, xidmət inflyasiyası 6,3% olub

Ötən il illik inflyasiya 4,9% təşkil edib.

Finss.az xəbər verir ki, bunu ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

"Ötən il illik inflyasiya 4,9% təşkil edib, ərzaq inflyasiyası 5,5%, qeyri-ərzaq inflyasiyası 2,4%, xidmət inflyasiyası isə 6,3% olub", - deyə sədr qeyd edib.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25%, faiz dəhlizinin aşağı həddi 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% səviyyəsində dəyişməz saxlanılıb.