BANK

23 Yanvar

Azərbaycanın 2025-ci ilin iqtisadi artım proqnozu: 3,3% və qeyri-neft sektorunda 5,2% artım

2025-ci ildə iqtisadiyyatımızın artımını 3,3% proqnozlaşdırırıq.

Finss.az xəbər verir ki, bunu ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

"2024-cü ildə iqtisadiyyatımız 4,1% artmışdır. Qeyri-neft məhsullarında artım 6,2% olmuşdur.

Nəqliyyat sektorunda 14,1%, informasiya və rabitə sahəsində 11,4%, turizm sektorunda isə 12,9% artım qeydə alınmışdır. Proqnozlarımız müsbətdir. 2025-ci ildə iqtisadiyyatımızın artımını 3,3% proqnozlaşdırırıq. Qeyri-neft ümumi daxili məhsulunda isə 5,2% artım gözlənilir", - deyə sədr bildirib.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25%, faiz dəhlizinin aşağı həddi 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% səviyyəsində dəyişməz saxlanılıb.