BANK

23 Yanvar

AMB 2025-ci ilin neft qiyməti və təbii qaz proqnozlarını açıqlayıb

2025-ci il üçün neftin qiyməti üzrə proqnoz açıqlanıb.

Finss.az xəbər verir ki, proqnozu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında açıqlayıb.

"Azərbaycan Mərkəzi Bankı olaraq, 2025-ci il üçün neftin orta qiymətini 77,3 dollar proqnozlaşdırırıq. Təbii qazın orta qiymətini isə bu il üçün 349 dollar olaraq qiymətləndiririk," - deyə Kazımov bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsini 7.25%, faiz dəhlizinin aşağı həddini 6.25%, yuxarı həddini isə 8.25% səviyyəsində dəyişməz saxlayıb.

Fuad Mədətov
Finss.az