BANK

22 Yanvar

Azərbaycan Mərkəzi Bankı məcburi ehtiyatlarının həcmini 54% artırıb - Taleh Kazımov

Azərbaycan Mərkəzi Bankı son üç ildə məcburi ehtiyatlarının həcmini 54% artırıb.

Finss.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

"Bu artım Mərkəzi Bankın 2022-ci ilin əvvəlinə olan ehtiyat həcminə 54% ekvivalentində manat çap etdiyini göstərir. Bank sektorunda çox yüksək likvidlik mövcud idi. Məcburi ehtiyat normaları bizə likvidliyi effektiv şəkildə sterilizasiya etmək imkanı verdi," - deyə Kazımov vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsini 7.25%, faiz dəhlizinin aşağı həddini 6.25%, yuxarı həddini isə 8.25% səviyyəsində dəyişməz saxlayıb.