BANK

22 Yanvar

Azərbaycanın bank sektorunda unikal əmanətçilərin sayı açıqlanıb

2024-cü il ərzində Azərbaycan bank sektorunda unikal əmanətçilərin sayında 40%-dən çox artım qeydə alınıb.

Finss.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan bank sektorunda unikal əmanətçilərin sayı 106 700 nəfərə çatıb.

"Bir il ərzində 43 600 əlavə unikal əmanətçi qeydə alınıb. Onların 77,7%-i 30 min manata qədər olan əmanətçilərdir", - T.Kazımov qeyd edib.