Azərbaycan Mərkəzi Bankının məcburi ehtiyatları 11 milyard ABŞ dolları təşkil edir.
Finss.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, "Mərkəzi Bankın ehtiyatları 11 milyard ABŞ dolları təşkil edir. Ümumi strateji ehtiyatlarımız isə 3,5% artaraq 72 milyard dollar olub."
Həmçinin, bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25%, faiz dəhlizinin aşağı həddi 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% səviyyəsində dəyişməz saxlanılıb.
Fuad Mədətov
Finss.az