BANK

22 Yanvar

Azərbaycan banklarının kredit faiz gəlirləri artıb

2024-cü ilin dekabrın 1-nə olan məlumatlara əsasən, Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 2 milyard 807,7 milyon manat təşkil edib.

Finss.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Bu, noyabrın 1-nə olan dövr ilə müqayisədə 288,8 milyon manat və ya 11,5% artım göstərir. 2023-cü ilin dekabrın 1-nə olan faiz gəlirləri isə 2 milyard 336,6 milyon manat olub, bu da 471,1 milyon manat və ya 20,2% artımı əks etdirir.

2024-cü ilin 1 noyabr vəziyyətinə isə bu göstərici 2 milyard 518,9 milyon manat olub.

Fuad Mədətov
Finss.az