Azərbaycan bankları 2023-cü ildə 456 milyon manat, 2024-cü ildə isə 610 milyon manat dividend ödənişi həyata keçirib.
Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bank sektorunda yüksək mənfəətlilik və kapitallaşma səviyyəsi mövcuddur. 2024-cü ilin 11 ayında banklar 966 milyon manat xalis mənfəət əldə edib və sektorun kapital rentabelliyi (ROE) göstəricisi 18,4% təşkil edib. Həmçinin, dövr ərzində sektorun məcmu kapitalı 6 milyard manatı ötüb və məcmu kapital adekvatlığı 17,5% olub. Bu şəraitdə banklar 2023-cü ildə 456 milyon manat, 2024-cü ildə isə 610 milyon manat dividend ödənişi həyata keçirib.
2024-cü ilin noyabr ayının sonuna olan məlumata əsasən, kredit portfelinin illik artımı 19,6% təşkil edib ki, bu da nominal qeyri-neft-qaz ÜDM-in artımını 2 dəfəyədək üstələyir. Fəaliyyətdə olan 22 bankın 19-da kredit portfeli artıb, o cümlədən 14 bankda kredit portfelinin illik artımı nominal qeyri-neft-qaz ÜDM-in artımını üstələyib.
Fuad Mədətov
Finss.az