BANK

21 Yanvar

Azərbaycan banklarının faiz gəlirləri bir ildə 420,9 milyon manat yüksəlib

2024-cü ilin dekabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 3 milyard 598,6 milyon manat təşkil edib.

Finss.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

  • Noyabrın 1-nə olan dövrlə müqayisədə 356,6 milyon manat (11%) artıb;
  • Ötən ilin sonu ilə müqayisədə 105,7 milyon manat (3%) çoxdur;
  • 2023-cü ilin eyni dövrü ilə müqayisədə 420,9 milyon manat (13,2%) artış qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ilin dekabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 3 milyard 177,7 milyon manat təşkil edib.

Bundan əlavə, 2023-cü ilin noyabrın 1-nə olan göstərici 3 milyard 242 milyon manat olub.

Fuad Mədətov
Finss.az