Azərbaycan Mərkəzi Bankı (AMB) sabah, 2025-ci il üçün ilk dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.
Finss.az xəbər verir ki, bu barədə məlumatı AMB yayıb.
Mərkəzi Bankın açıqlamasına görə, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya göstəricilərindən, həmçinin xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq.
Faktiki inflyasiyanın hədəf diapazonu (4% ±2) daxilində olması səbəbindən AMB-nin uçot dərəcəsini yenidən sabit saxlaması gözlənilir.
Qeyd edək ki, yanvarın 17-də “Fitch Ratings” beynəlxalq reytinq agentliyi, xarici qeyri-müəyyənliklər, idarə olunan qiymətlərdə artımlar və daxili tələb təzyiqlərini nəzərə alaraq, AMB-nin əlavə faiz dərəcəsi endirimləri etməyəcəyini proqnozlaşdırmışdı.
Fuad Mədətov
Finss.az