Finss.az - Sahibkarlığın İnkişafı Fondu (SİF), 2024-cü il ərzində verilmiş güzəştli kreditlərin sayı və məbləği ilə bağlı məlumatları açıqlayıb.
Fond tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə 5722 layihənin maliyyələşdirilməsinə 248,1 milyon manat güzəştli kredit ayrılıb.
Ötən il ərzində verilmiş güzəştli kreditlərin sayına görə ən çox fərqlənən müvəkkil kredit təşkilatları arasında "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "AccessBank" QSC, "Yelo Bank" ASC və "Aqrarkredit" QSC yer alıb.
Verilmiş güzəştli kreditlərin məbləği üzrə fərqlənən təşkilatlar isə "Bank Respublika" ASC, "Rabitəbank" ASC, "AccessBank" QSC, "Kapital Bank" ASC və "Yelo Bank" ASC-dir.
Qeyd edək ki, sahibkarlar SİF-in güzəştli kreditlərindən faydalanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Bu təşkilatlar, Fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqlarıdır.