BANK

15 Yanvar

Güzəştli ipoteka kreditlərinin həcmi 82,1 milyon manat təşkil edib

Finss.az - İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən bəri ölkədə uzunmüddətli ipoteka kreditlərinin maliyyələşdirilməsini təmin edir. Ötən il Fondun vəsaiti ilə 439,8 milyon manat həcmində 4685 ipoteka krediti verilib. Bu kreditlərdən 357,7 milyon manat məbləğində 3609-u adi, 82,1 milyon manat məbləğində 1076-sı isə güzəştli kredit olub.

2006-2024-cü illərdə Fondun maliyyələşdirdiyi ipoteka kreditlərinin ümumi həcmi 3,31 milyard manatı keçərək, 52530-dan çox ailənin mənzil şəraitini yaxşılaşdırmasına imkan verib. Bu kreditlərdən faydalananların 67%-ni gənclər və gənc ailələr təşkil edib, 22%-i isə regionlara yönəldilib.

Müvəkkil banklar arasında rəqabət mühiti güclənib və bəzi banklar ipoteka kreditlərini 6-7% faizlə təklif edib, orta illik faiz dərəcəsi 7,4% olub. Şəxsi yığımları az olanlar üçün tətbiq edilən zəmanət mexanizmi nəticəsində zəmanətli ipoteka kreditlərinin həcmi iki dəfə artaraq 275 sayda 28,3 milyon manata çatıb.