BANK

10 Yanvar

Azərbaycanda regionlar üzrə kredit portfeli 17,35% artıb

Finss.az - 2024-cü ilin dekabrın 1-nə Azərbaycanın regionlarında (Bakı iqtisadi rayonu istisna olmaqla) bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 6,39 milyard manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 17,35% artım deməkdir.

Regionlar arasında kreditləşmənin ən yüksək artım tempi Abşeron-Xızı (+25%) və Qarabağ (+20%) iqtisadi rayonlarında qeydə alınıb. Aşağıda Azərbaycanın iqtisadi rayonları üzrə kreditləşmə göstəriciləri təqdim olunur:

  • Naxçıvan – 422,227 milyon manat (+9,9% artım)
  • Abşeron-Xızı – 1,06 milyard manat (+25% artım)
  • Dağlıq Şirvan – 182,714 milyon manat (+14,1% artım)
  • Gəncə-Daşkəsən – 816,136 milyon manat (+15,4% artım)
  • Qarabağ – 485,907 milyon manat (+20% artım)
  • Qazax-Tovuz – 516,734 milyon manat (+18% artım)
  • Quba-Xaçmaz – 460,987 milyon manat (+12,5% artım)
  • Lənkəran-Astara – 638,541 milyon manat (+17% artım)
  • Mərkəzi Aran – 540,735 milyon manat (+14,6% artım)
  • Mil-Muğan – 288,154 milyon manat (+15,4% artım)
  • Şəki-Zaqatala – 534,513 milyon manat (+18,8% artım)
  • Şirvan-Salyan – 427,419 milyon manat (+13,4% artım)
  • Şərqi Zəngəzur – 17,392 milyon manat (2023-cü ildə kredit verilməyib)