BANK

10 Yanvar

Bank və BOKT-n reqionlar üzrə kredit portfeləri

Finss.az - 2024-cü ilin dekabrın 1-nə Azərbaycanın regionlarında (Bakı iqtisadi rayonu istisna olmaqla) bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 6,39 milyard manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrünün göstəricisindən 17,35 faiz çoxdur.

Mərkəzi Bankın məlumatına görə, regionlar arasında kreditləşmənin ən yüksək artım tempi Abşeron-Xızı (+25 faiz) və Qarabağ (+20 faiz) iqtisadi rayonlarında qeydə alınıb.

Azərbaycanın iqtisadi rayonları üzrə kreditləşmə:

  • Naxçıvan – 422,227 milyon manat (+9,9 faiz)
  • Abşeron-Xızı – 1,06 milyard manat (+25 faiz)
  • Dağlıq Şirvan – 182,714 milyon manat (+14,1 faiz)
  • Gəncə-Daşkəsən – 816,136 milyon manat (+15,4 faiz)
  • Qarabağ – 485,907 milyon manat (+20 faiz)
  • Qazax-Tovuz – 516,734 milyon manat (+18 faiz)
  • Quba-Xaçmaz – 460,987 milyon manat (+12,5 faiz)
  • Lənkəran-Astara – 638,541 milyon manat (+17 faiz)
  • Mərkəzi Aran – 540,735 milyon manat (+14,6 faiz)
  • Mil-Muğan – 288,154 milyon manat (+15,4 faiz)
  • Şəki-Zaqatala – 534,513 milyon manat (+18,8 faiz)
  • Şirvan-Salyan – 427,419 milyon manat (+13,4 faiz)
  • Şərqi Zəngəzur – 17,392 milyon manat (2023-cü ildə kredit verilməyib)