Finss.az - Verilən məlumatlara əsasən, qlobal banklar süni intellektin (AI) tətbiqi hesabına yaxın 3-5 il ərzində 200 minə qədər iş yerini ixtisar etməyi planlaşdırır.
Orta hesabla, işçi qüvvəsinin 3%-i ixtisar ediləcək, xüsusən də, işlərin avtomatlaşdırılacağı arxa ofislərdə və əməliyyat şöbələrində.
Çatbotlar müştəri ilə bağlı funksiyaları öz üzərinə götürməyə başladıqları üçün müştəri xidməti şöbələri də bu prossesdən təsirlənə bilər. Mütəxəssislərin dörddə birindən çoxu 5-10% azalmanın olacağını proqnozlaşdırır. “Citigroup”, “JPMorgan Chase” və “Goldman Sachs” kimi banklar sorğuda iştirak edənlər arasında olub.
Süni intellekt (AI) vasitəsilə artan məhsuldarlıq sayəsində 2027-ci ilə qədər bankların vergidən əvvəlki mənfəətinin 12-17% artacağı, bunun da mənfəətə 180 milyard dollar əlavə edəcəyi proqnoz olunur. AI bəzi mövqeləri əvəz etsə də, şirkətlər texnologiyanın iş rollarını dəyişdirəcəyini, tamamilə əvəz etməyəcəyini vurğulayırlar. “JPMorgan”-dan Tereza Haytsenroyter bildirib ki, hazırda süni intellektin istifadəsi iş yerlərini artırır.