BANK

08 Yanvar

Avrozonada inflyasiya 2.4%-ə qədər artıb

Finss.az - “Eurostat”-ın verdiyi məlumata əsasən, ilkin hesablamalara görə, noyabr ayı ilə müqayisədə dekabr ayında Avrozonada illik inflyasiya 2.2%-dən 2.4%-ə qədər yüksəlib.

Dərc olunan göstərici analitiklərin proqnozu ilə üst-üstə düşüb.

Xatırlamaq lazımdır ki, 2023-cü ilin sonunda Avrozonada illik inflyasiya 2.9% səviyyəsində qeydə alınmışdı.

İstehlak Qiymətlərinin Baza İndeksi illik ifadədə dekabr ayında 2.7% səviyyəsində qalıb və ekspertlərin pronozlarını təkrarlayıb. 

İnflyasiyaya ən böyük töhvəni xidmət sektorunda qiymətlərin artması (bir ay əvvəlki 3.9%-dən sonra 4%) verib. Ərzaq, alkoqol və tütün məmulatlarının qiymət indeksi isə 2.7% səviyyəsində qalıb.

Aylıq ifadədə istehlak qiymətləri noyabr ayı ilə müqayisədə dekabr ayında 0.4% artıblar. 

Ən yüksək inflyasiya Xorvatiyada (4.5%) və Belçikada (4.4%), ən aşağı inflyasiya isə İrlandiyada (1%) və İtaliyada (1.4%) qeydə alınıb.