BANK

26 Dekabr

Azərbaycana xaricdən pul köçürmələri 31%-dən çox azalıb

Finss.az - 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 561 milyon manat vəsait daxil olub.

Eyni dövr ərzində banklardan xaricə göndərilən vəsaitin həcmi isə 482.2 milyon manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə, sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 31.2% azalaraq 706.4 milyon manat düşüb. Banklardan xaricə göndərilən vəsait isə 14.6% və ya 82.6 milyon manat azalıb.

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmələri vasitəsilə daxil olan vəsait 2 milyard 267.4 milyon manat, banklardan xaricə göndərilən vəsaitin həcmi isə 564.8 milyon manat olub