Bank Respublika APFM AWARDS mükafatlarının təqdimat mərasimində “İlin Bankı – 2024” nominasiyasında qalib gəldi.
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkilatçılığı ilə keçirilən 1-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimində “İlin Bankı – 2024” nominasiyasında qalib gəldi. Bu nüfuzlu mükafat Bank Respublikanın maliyyə sektorunda göstərdiyi uğurlu fəaliyyətin və müştərilərinə təqdim etdiyi xidmətlərin yüksək qiymətləndirilməsi oldu.
Finss.az xəbər verir ki, tədbir maliyyə sahəsində əməkdaşlığı təşviq etməklə yanaşı, sahənin ən yaxşı nümayəndələrini bir araya gətirib. Mərasimdə ölkənin aparıcı maliyyə institutlarının nümayəndələri, dövlət rəsmiləri, biznes ictimaiyyətinin tanınmış simaları, eləcə də maliyyə sahəsinin peşəkarları iştirak ediblər.
“İlin Bankı – 2024” nominasiyasında Bank Respublika, APFM tədbirlərində fəal iştirakı və APFM üzvlərinin ən çox müraciət etdiyi, yüksək məmnuniyyət qazandığı bank kimi seçilib. Bu mükafat, həmçinin Bank Respublikanın innovativ xidmətləri və müştərilərinə yönəlik fərdi yanaşmasının nəticəsidir.
Bank Respublika, maliyyə sektorunda geniş spektrli xidmətləri ilə tanınır. Bankın təqdim etdiyi rəqəmsal həllər müştərilərə sürətli və rahat bank xidmətləri təklif edir. Eyni zamanda, müştəri mərkəzli yanaşma, dayanıqlı maliyyə idarəetməsi və sosial məsuliyyətə verdiyi əhəmiyyət Bank Respublikanı sektorda fərqləndirir. Bank Respublika, həmçinin ölkədə iqtisadi inkişafı dəstəkləmək və maliyyə bazarlarında davamlı irəliləyiş əldə etmək məqsədilə yeni layihələr üzərində çalışır.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Kaira Agayeva
Finss.az