BANK

17 Dekabr

AccessBank müddətli manat əmanətləri üzrə 0,25%-lik əlavə fürsət təklif edir

Sizin yerli Avropa bankınız  - AccessBank, Yeni İl ərəfəsində müddətli manat əmanətləri üzrə faiz dərəcələrini yüksəltdiyini elan edir. 

Bu barədə Finss.az-a bankdan məlumat verilib.

Yeni il kampaniyası çərşivəsində 6-24 ay müddətinə milli valyutalı əmanətlər üzrə illik faiz dərəcəsi 12%-dək, xarici valyuta üzrə əmanətlər üzrə isə 4,5%-dək təşkil edir. Faiz dərəcəsi əmanətin müddətindən asılı olaraq dəyişir. Üstəlik, 18 ay və daha uzun müddətə yerləşdirilən depozitlərə görə vergi də tətbiq edilmir.

Məbləği 100 000 AZN-dən yuxarı və müddəti 18-24 ay olan əmanətlərin, faizləri müddətin sonunda götürmək şərti ilə açılan əmanətlərin faiz dərəcəsinə +0.25% əlavə təklif olunur.

Müddətli əmanət haqqında ətraflı məlumat: //bit.ly/3xSA8zS

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: //bit.ly/accessbank-filiallar . 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (FacebookInstagramLinkedIn) müraciət edə bilərsiniz.