“PAŞA Bank”ın qızıl sponsorluğu ilə “Texnologiyalar sahəsində qadınlara dəstək” ("Femmes Digitales") ictimai birliyinin təşkilatçılığı ilə “AWITA 2024” mükafatının təqdimat mərasimi keçirilib.
Bu barədə Finss.az-a bankdan məlumat verilib.
AWITA (Azerbaijani Women in IT Awards) qadınların texnologiya sahəsindəki nailiyyətlərini qeyd etmək və müxtəlifliyi dəstəkləmək məqsədilə təşkil olunan illik tədbirdir. Bu il keçirilən AWITA mükafatı Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına həsr olunub.
Bu il ilk dəfə müraciətlərin qiymətləndirilməsində süni intellektdən istifadə edilmişdir. Nəticədə, 12 nominasiya üzrə qaliblər müəyyən olunub və Azərbaycanın informasiya texnologiyaları sahəsində çalışan ən uğurlu qadınlara “AWITA 2024” mükafatı təqdim edilib.
“PAŞA Bank” gender bərabərliyinin təmin olunmasına və qadınların rolunun gücləndirilməsinə yönəlmiş bir sıra təşəbbüsləri dəstəkləyir, qadınların karyera inkişafına, eləcə də sahibkarlıq fəaliyyətində iş imkanlarının yaradılmasına xüsusi önəm verir.
Kaira Agayeva
Finss.az