Bank of Baku səyahətsevərlər və tez-tez xarici ölkələrə səfər edənləri sevindirəcək kampaniyaya start verib. İndi Bolkart kredit kart sahibləri xarici ölkələrə istədikləri zaman və rahatlıqla səyahət edə biləcəklər.
Bu barədə Finss.az-a bankdan məlumat verilib.
Belə ki, kampaniya çərçivəsində Bolkartlılar “AZAL”dan aldıqları biletlərin xərcini 3 aya HİSSƏ-HİSSƏ və FAİZSİZ ödəyə biləcəklər. Kampaniyadan faydalanmaq üçün biletləri azal.az saytından və ya AZAL-ın mobil tətbiqindən əldə etmək lazımdır.
Qeyd edək ki, Bolkart kredit kartının 30.000 AZN-dək limiti var. Kartın limitini 100% nağdlaşdırmaq, 60 günədək müddətə FAİZSİZ ödəmək mümkündür.
Bolkart kartını əldə etmək istəyənlər bankın istənilən filialına yaxınlaşa, 145 Məlumat Mərkəzi ilə əlaqə saxlaya, “WhatsApp-dan - (+99450) 447-00-55 müraciət edə və ya onlayn kart sifarişi (//bolkart.az/az/card-order) bölməsindən pulsuzsifariş yerləşdirə bilər.
Bolkart kredit kartının PULSUZ ÇATDIRILMA XİDMƏTİ də mövcuddur. Xidmət Bakı və Abşeron ərazisi üçün keçərlidir.
Hazırda “Bolkart”lılar “Azpetrol”, “SOCAR”, “Araz”, “Bravo”, “McDonals”da 7% keşbek, restoranlarda isə 5% keşbek qazanır. Həmçinin Bolkart kreditlə “Trendyol”da da 7% keşbek əldə etmək mümkündür. Digər keşbek kampaniyaları ilə buradan tanış ola bilərsiniz - //www.bankofbaku.com/az/kampaniyalar/bolkartda-kesbek-boldur
Məlumat üçün bildirək ki, keşbek kampaniyalarından yararlanmaq üçün Bank of Baku-nun Dostbank tətbiqində hər ay 3 keşbek kateqoriyası seçimi etmək mütləqdir.
Bankın məhsul və digər kampaniyaları haqqında 145 Məlumat Mərkəzi, Bank of Baku-nun rəsmi veb səhifəsi – www.bankofbaku.com və ya rəsmi Facebook səhifəsi – www.facebook.com/bankofbaku vasitəsilə ətraflı məlumat ala bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Kaira Agayeva
Finss.az