BANK

04 Dekabr

"PAŞA Həyat"-dan yeni innovativ xidmət -diaqnozum.az

Bəzən bizə qoyulan diaqnoza şübhəli yanaşırıq, həmin diaqnozu yenidən yoxlatdırmaq üçün xarici mütəxəssislərə ehtiyac duyuruq. Yəqin ki, bir çoxumuz və ya ətrafımızda olan bir sıra insan bu halla qarşılaşıb. PAŞA Həyat-ın təqdim etdiyi yeni innovativ xidmət elə bu kimi hallarla qarşılaşan şəxslər üçündür.

Finss.az xəbər verir ki, sizə qoyulan diaqnozu platforma vasitəsilə sistemə daxil edirsiniz. Bundan əlavə, diaqnozun yoxlanılması üçün xarici həkimi də özünüz seçirsiniz. Bir neçə gün ərzində seçdiyiniz həkim tərəfindən diaqnozuna ikinci rəy bildirilir.

Platforma diaqnozlara dair şübhələri olan şəxslərin xarici mütəxəssislərdən peşəkar rəy almasını asanlaşdırmaq üçün yaradılmışdır. Bu platforma vasitəsilə evdən çıxmadan xarici mütəxəssislərin rəyini almaq mümkündür.

Ətraflı məlumat üçün link vasitəsilə müraciət formasını doldurmanız kifayətdir: Diaqnozum.az - Xarici həkimlərdən tibbi rəy alın

 

Kaira Agayeva
Finss.az