BANK

03 Dekabr

“PASHA Bank Hackathon” a qeydiyyat artıq başladı

 

Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" texnologiya və bankçılıq həlləri sahələrində yenilikləri təşviq etmək məqsədi ilə hakaton elan edir.

Finss.az xəbər verir ki, “PASHA Bank Hackathon”un əsas məqsədi innovativ rəqəmsal məhsullar yaratmaq, eləcədə texnoloji həllər və startaplarla maraqlanan iştirakçılar arasında yaradıcılığı dəstəkləməkdir.

Bu müsabiqə, bank sektorundakı mövcud çağırışları təhlil edərək, tətbiq oluna bilən ideyaları aşkar etdirməkdir. İştirakçılar, “PAŞA Bank”ın strateji məqsədlərinə uyğun həllər təklif edərək, bankçılıq sahəsindəki çağırışlara cavab verən innovativ məhsullar yaratmaq fürsəti əldə edəcəklər. “PASHA Bank Hackathon” istedadların cəlbini, biznesdə yeni yanaşmaların tətbiqini, eləcə də müştəri ehtiyaclarına uyğun məhsulların, o cümlədən Əlavə Dəyər Xidmətlərinin yaradılmasını hədəfləyir.

Müsabiqəyə yerli bazarda fəaliyyət göstərən peşəkarlar dəvət olunur. “PASHA Bank Hackathon”un qaliblərinə ümumilikdə 16,000 AZN dəyərində mükafat təqdim ediləcək:

  • 1-ci yer: 8,000 AZN
  • 2-ci yer: 5,000 AZN
  • 3-cü yer: 3,000 AZN

İştirak etmək istəyənlər linkə daxil olub qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün son tarix 15 dekabr 2024-cü ildir.

"PAŞA Bank" Azərbaycanda qabaqcıl texnologiyaların tətbiqi və müştəriyə yönəlmiş yanaşma vasitəsilə maliyyə sektorunda innovasiya və inkişafın təşviqini davam etdirməyi planlaşdırır.

 

 

Kaira Agayeva
Finss.az