BANK

18 Noyabr

Makroiqtisadi sabitliyin təmin edilməsi üçün sabit məzənnə rejimi ən əlverişlidir -Taleh Kazımov

Mərkəzi Bankın əsas mandatı makroiqtisadi sabitliyin təmin edilməsidir. Bu məqsədə çatmaq üçün ən uyğun olan rejimi seçməyi planlaşdırırıq. Hazırda hökumətlə birgə fikirləşirik ki, makroiqtisadi sabitliyin təmin edilməsi üçün sabit məzənnə rejimi ən əlverişlidir.

Finss.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2025-ci ilin büdcəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Sədri əlavə edib ki, gələn il və ya ondan sonrakı illərdə üzən məzənnəyə keçmək kimi bir məqsəd yoxdur. Bu il və növbəti illərdə büdcə və ortamüddətli xərclərdə də göstərildiyi kimi, 1,7 məzənnə proqnozlaşdırılıb.

Taleh Kazımov, ortamüddətli dövrdə də sabit məzənnə rejiminin makroiqtisadi sabitliyin təmin edilməsi üçün ən əlverişli olduğunu vurğulayıb.

Kaira Agayeva 

Finss.az