BANK

05 Noyabr

Pulunu Unibank kartında saxla, 7 % gəlir qazan!

Pulu sadəcə kartınızda saxlayaraq, yüksək gəlir əldə etmək istəyirsinizsə, Unibank kartları uğurlu seçimdir. Çünki indi Unibank kartlarında kartqalığına illik 7%-dək gəlir hesablanır. 

Finss.az xəbər verir ki, əgər Unibank kartınız yoxdursa, sizə yaxın bank filialına yaxınlaşaraq dərhal, yerindəcə və heç bir ödəniş etmədən UCard əldə edə bilərsiniz. Banka getməyə vaxtınız yoxdursa, UCard-ı UBank mobil tətbiqindən də sifariş edə bilərsiniz.

Manat hesabı ilə yanaşı, dollar, avro  hesablarına da malik UCard 5 illikdir, 40 günədək faizsiz kredit xətti imkanlıdır və 15.000 manatadək güzəşt müddətli kredit xətti var. Karta Unibank bankomatlarında limitsiz pul qoya və çıxara bilərsiniz. Ölkədaxili başqa bank kartlarına aylıq 2000 AZN-dək komissiyasız pul köçürmələri edə bilərsiniz. Kartda pul saxlamaq sizə illik yüksək faiz qazandırdığı kimi, kartla ödəniş etmək də dəyərli hədiyyələr əldə etmək şansı verir.

UCard-la alış-veriş sizə  “Unibank”ın möhtəşəm uduşları olan “Əjdaha” lotereyasında iştirak fürsəti yaradır. Bu kartla etdiyiniz hər 10 manatlıq ödəniş sizə bir şans qazandırır. Ay ərzində azı 50 manat xərcləməklə, 5 şans qazanaraq, lotereyada iştirak edə və 3 təmirli və əşyalı evdən, 8 ədəd Toyota Corolla Cross avtomobilindən,  50 Apple iPhone 15 Pro telefonundan birinə və 250 000 manatlıq pul uduşunda seçilmiş məbləğlərə sahib olmaq imkanı qazanırsınız.

Kaira Agayeva 

Finss.az