BANK

22 Oktyabr

5 ildə ABB Tech Akademiyasını 722 məzun bitirib

ABB-nin yaratdığı ABB Tech Akademiyasının fəaliyyətə başlamasından 5 il ötür. Akademiya 2019-cu ildə Bankın korporativ sosial məsuliyyət layihəsi çərçivəsində yaradılıb.

Finss.az xəbər verir ki, təhsil müəssisəsinin məqsədi ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır.

Ölkəmizin biznes mühitində birinci dəfə reallaşdırılan bu sosial layihə çərçivəsində Akademiyanın ilk proqramları ödənişsiz olub. Sonrakı proqramlarda isə ABB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, bp kimi tərəfdaşları ilə birgə qəbul prosedurları zamanı yüksək nəticə göstərən istedadlı tələbələrə təqaüdlə təhsil imkanı yaradıb. 

5 il ərzində ABB Tech Akademiyasının ayrı-ayrı proqramlarında 722 nəfər məzun olub. Hazırda 26 nəfər qız, 21 oğlan olmaqla 47 tələbə Akademiyada təhsilini davam etdirir. Məzunların 30%-i ABB-nin müxtəlif layihələrində, 70-%-i isə ayrı-ayrı yerli və xarici şirkətlərdə çalışır. ABB Tech Akademiyasını bitirənlərin işəqəbul əmsalı 82%-dir.

Qeyd edək ki, Bankın ABB İnnovasiya Mərkəzi də fəaliyyətdədir. 2020-ci ildə yaradılmış Mərkəzdə indiyə qədər 40-dan çox startap layihəsi inkubasiya mərhələsini uğurla başa vuraraq investorlara təqdim edilib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Kaira Agayeva 

Finss.az