BANK

18 Oktyabr

“RABİTƏBANK” açıq tender elan edir

“RABİTƏBANK” açıq tender elan edir

Tender elanının məqsədi: “Rabitəbank” ASC-yə məxsus Kartmane kartı ilə bağlı tanıtım mahnısı (jingle) reklamlarının 1 dekabr 2024-cü il tarixindən, 31 may 2025-ci il tarixinədək Bravo və Araz marketlər şəbəkəsində səsləndirilməsi üzrə xidmət təminatçısının seçilməsi.

 Tenderin şərtləri:

Reklamlar gündəlik 1 saat ərzində 2 dəfə səsləndirilməlidir. Ümumi say marketlərin iş rejiminə əsasən dəyişə bilər.

Reklam spotlarının hər biri maksimum 30 saniyəlik olmalıdır.

Xidmətin göstərilməsi 1 dekabr 2024-cü il tarixindən, 31 may 2025-ci il tarixinədək davam edəcək.

Əlavə şərtlər:

Tenderdə yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən və müvafiq lisenziyaya sahib şirkətlər iştirak edə bilər.

Tenderin elan tarixi: 17.10.2024

Tenderin son tarixi: 25.10.2024, saat 12:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

  • İştirakçı şirkətin bu sahədə təcrübəsi və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat, portfolio və s.)
  • Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri – Lazım olduğu təqdirdə istək olunacaq
  • Qiymət təklifi (Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı)
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)- Lazım olduğu təqdirdə istək olunacaq

 

  • Tender təklifləri Azərbaycan dilində, imzalanmış və möhürlənmiş halda qapalı zərfdə (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına göndərilməlidir. Zərfin üzərinin möhürlənməsi və aidiyyatı tenderin adının qeyd edilməsi mütləqdir.

 

  • İştirak etməkdə maraqlı olan şirkətlər tenderin tələbləri, şərtləri və digər suallar üçün [email protected] elektron ünvanına və ya +99450 263 73 53 nömrəsinə müraciət edə bilərlər.