Azərbaycanın bank sektorunun əsas oyunçulardan biri, sizin yerli Avropa bankınız – AccessBank, 2024-cü ilin 3-cü rübün sonuna olan maliyyə nəticələrini açıqlayır. Hesabat dövründə Bankın müştərilərin maliyyə əlçatanlığının artırılmasına fokuslanmış artım dinamikası davam edib və əsas maliyyə göstəriciləri daha da möhkəmlənib. Nəticədə, 2024-cü ilin 3 rübü ərzində Bankın xalis mənfəəti 41.5 mln manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41.4% yüksəkdir.
Ətraflı məlumat əldə etmək üçün linkə keçid edin: //bit.ly/3U3c6dq
Finss.az xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
• Faiz gəlirləri 16.5% artaraq, 165.4 milyon manata çatıb.
• Xalis faiz gəlirləri isə 19.1% artaraq 102.2 milyon manata qədər yüksəlib.
• Qeyri-faiz gəlirləri 13.7 milyon manat təşkil edir.
• Xalis əməliyyat mənfəəti isə 1.3 dəfə artaraq, 51.8 milyon manata çatıb.
Nəticədə, Bankın məcmu kapitalı 171.3 milyon manata yüksəlib ki, bu da Azərbaycan respublikası Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş minimum tələbdən 3.4 dəfə çoxdur.
Bütövlükdə, bank maliyyə əlçatanlığının təmin edilməsi strategiyasını davam etdirmiş və ötən ilin analoji dövrü ilə müqayisədə cəmi kredit portfelini 13.0% (129.3 milyon) artıraraq 1,121.6 milyon manata yüksəltmişdir.
Portfelin artımı biznes sektoruna, xüsusən də, mikro seqmentə verilmiş kreditlər hesabına formalaşıb. Biznes sektoruna verilmiş kredit portfelinin artımı ötən ilin analoji dövrü ilə müqayisədə 16.2% (121.6 milyon) artaraq 874.3 mln manat təşkil edib.
Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.1% artaraq, hesabat dövrünün sonunda 1.5 milyard manata çatır.
Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.3% artaraq 1049.2 milyon manat təşkil edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: //bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Kaira Agayeva
Finss.az