BANK

15 Sentyabr

Unibank-ın xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqənizlə istifadə edə bilərsiniz

Əgər banka gələrkən şəxsiyyət vəsiqənizi evdə unutmusunuzsa, narahat olmayın. Çünki rəqəmsal şəxsiyyət vəsiqəsi ilə “Unibank”ın məhsul və xidmətlərindən istifadə edə bilərsiniz. “Unibank”la  İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) arasında əməkdaşlıq, müştərilərə əlavə üstünlük yaradıb. Bu,  Unibank müştərilərinə filiallarda  bankın məhsul və xidmətlərindən şəxsiyyət vəsiqələrini fiziki olaraq təqdim etmədən istifadə imkanı verir.

Finss.az bankdan daxil olan məlumata istinadən xəbər verir.

 “Mygov” tətbiqini yüklədikdən və daxil olduqdan sonra rəqəmsal şəxsiyyət vəsiqənizi tətbiqdə görə bilərsiniz. Müştəri “mygov” mobil tətbiqində şəxsiyyət vəsiqəsinə aid QR kodu bölüşə və ya QR kodun aşağı hissəsində əks olunan 8 simvoldan ibarət kodu bank əməkdaşına təqdim edə bilər. Bununla da kredit, kart əldə etmək, depozit hesabı açmaq, pul köçürməsi və digər bank xidmətlərindən istifadə mümkün olur.

Rəqəmsal şəxsiyyət vəsiqəsinin “mygov checker” mobil tətbiqi və veb portalı üzərindən verifikasiyadan keçirilməsi mümkündür.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir.  Bankın paytaxt və Abşeronda yerləşən bəzi filialar isə şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.

Unibank-Sənin Bankın!