BANK

20 Avqust

Türkiyə Mərkəzi Bankı faiz qərarını AÇIQLADI

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) avqust ayı faiz qərarını elan edib. Marja xəbər verir ki, Mərkəzi Bank uçot dərəcəsini 50 faiz səviyyəsində sabit saxlayıb.

İqtisadçılar avqust ayında da TCMB-nin pul siyasəti dərəcəsini dəyişməz saxlamağı gözləyirdilər. Qeyd edək ki, TCMB ötən ay keçirilən iclasında da uçot dərəcəsini eyni səviyyədə, yəni 50 faizdə saxlamışdı.

Bu qərar, bankın inflyasiya ilə mübarizə və iqtisadi sabitliyi təmin etmək məqsədini güdür.

Fuad Mədətov
Finss.az