BANK

20 Avqust

Türkiyə Mərkəzi Bankı avqust ayı üzrə faiz qərarını açıqlayacaq

Bu gün Bakı vaxtı ilə saat 15:00-də Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) avqust ayı faiz qərarını açıqlayacaq. Finss.az-ın əldə etdiyi məlumata görə, iqtisadçılar TCMB-nin faiz siyasətində bu ay dəyişiklik etməyəcəyini, faiz dərəcəsini 50 % səviyyəsində saxlayacağını gözləyirlər.

İqtisadçıların ilin sonu üçün hazırladığı proqnoz isə faiz dərəcəsinin 46,50 % səviyyəsində olacağına işarə edir. TCMB-nin bazar iştirakçıları arasında keçirdiyi sorğu nəticələrinə görə, cari ay üçün faiz gözləntisi 50 % olaraq qalarkən, növbəti üç ay üçün bu proqnoz 48,10 %, gələcək 12 ay üçün isə 34,57 %-dən 3,303 %-a enib.

Ötən ay keçirilən iclasında TCMB uçot dərəcəsini 50 % səviyyəsində saxlayaraq, iqtisadi sabitliyi qorumağa davam etmişdi. Bu günkü qərar, Türkiyənin maliyyə bazarlarında geniş təsir göstərəcək və iqtisadiyyatın istiqamətini müəyyən edəcək.