BANK

15 Avqust

Mərkəzi Bank məcburi ehtiyat normaları haqqında qaydalarında dəyişikliklər edib

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 31 iyul 2024-cü il tarixli qərarı ilə “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda (Qayda) dəyişikliklər edilib. Bu dəyişikliklərlə ötən ilin sonlarından tətbiqinə başlanılan “əlaqəli depozitlər” və “banka aidiyyəti olan şəxslərin depozitləri” anlayışlarının izahları, habelə onların hesablanması ilə bağlı müvafiq dəqiqləşmələr aparılıb.

Qeyd edək ki, Qaydaya dəyişikliklərə görə hazırda tətbiq olunan məcburi ehtiyat normaları üzrə heç bir dəyişiklik nəzərdə tutulmur.

Qaydaya dəyişikliklərin tam mətni Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi (www.cbar.az) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Aktların Vahid Elektron Bazasının internet səhifəsində (//e-qanun.az/framework/57707) yerləşdirilib.

Fuad Mədətov
Finss.az