Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 11,2 faiz artaraq 2024-cü il iyul ayının 1-nə milli valyuta ekvivalentində 14 milyard 180,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Finss.az-a bildirilib ki, əmanətlərin 66,1 faizi milli, 33,9 faizi xarici valyutada qoyulub, xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 15,9 faiz artıb.
İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,84 (1,84) manata, 100 türk lirəsinə 5,16 (5,34) manata, 100 rus rubluna 1,94 (1,88) manata bərabər olub.
Fuad Mədətov
Finss.az