BANK

01 Avqust

Avropanın iki böyük bankı Rusiyanı tərk etmək qərarına gəlib

Avstriyanın Raiffeisen Bank International (RBI) və İtaliyanın UniCredit bank qrupu Rusiyadakı bizneslərini dayandırmaq qərarına gəlib və ölkəni tərk etməyi planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə müvafiq planlar şirkətlərin hesabatlarında öz əksini tapır. UniCredit ilin sonuna qədər Rusiyadakı biznesini əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq.

Raiffeisenbank isə 2026-cı ilə qədər ölkədəki kredit portfelini 65 faiz azaldacaq.

Hər iki bank qrupu Rusiya ilə maliyyə əlaqələrini minimuma endirmək və yerli bazardan tamamilə çıxmaq üçün müvafiq strateji addımlar atacaq. Banklar müştərilərin və işçilərin hüquqlarını qorumaq üçün xüsusi tədbirlər həyata keçirməyi də planlaşdırır.

Bu qərarlar Qərbin Rusiyaya qarşı sanksiyaları və geosiyasi gərginliyin artması fonunda qəbul edilib. Həm Raiffeisen Bank International, həm də UniCredit etiraf edir ki, Rusiyanı tərk etmək prosesi uzun və çətin olacaq.