BANK

31 İyul

AMB:Beynəlxalq reytinqlərinyüksəlməsi kapital bazarına portfel investisiyası formasında təsir edir

Beynəlxalq reytinqlərin yüksəldilməsi adətən qiymətli kağızlar bazarına portfel investisiyaları formasında təsir edir.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun baş direktoru Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanda deyil, başqa ölkələrdədir və ölkədə ümumiyyətlə maliyyə bazarının inkişafı strategiyası var:

"Burada da, bizim kapital bazarının inkişafı ilə bağlı ayrıca strategiyamız var. Bu strategiya çərçivəsində müxtəlif tədbirlər nəzərdə tutulur. Onların icrasından sonra reytinqin yüksəldilməsinin orta və uzunmüddətli dövrdə təsirini gözləyirik".

Fuad Mədətov
Fins.az